Bu mövsüm ölkəmizi Avropa Liqasında təmsil edəcək klublarımızdan “Neftçi” və “İnter”in I təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Bakı təmsilçilərinin reytinq xalı yüksək olduğundan ilk mərhələdə səpələnmişlər səbətində yer alacaqlar ki, bu da klublarımıza nisbətən zəif rəqiblə qarşılaşmağa şərait yaradacaq.
Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 22-də atılacaq. İlk oyunlar iyulun 2-də, cavab oyunları isə iyulun 9-da keçiriləcək.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi
“Neftçi” və “İnter”in potensial rəqibləri:
“Çukariçki” (Serbiya), “Selye” (Sloveniya), "Ferençvaroş" (Macarıstan), “Nomme Kalyu”, “Flora” (hər ikisi Estoniya), “Sutyeska” (Monteneqro), “Skonto” (Latviya), “Vikinqur” Qota (Farer adaları), “Renova” (Makedoniya), “Odd Qrenland” (Norveç), “Kukesi” (Albaniya), “Şkendiya” (Makedoniya), “Kayrat”, “Ordabası” (hər ikisi Qazaxıstan), “MTK Budapeşt” (Macarıstan), “Mladost” (Monteneqro), “Laçi” (Albaniya), “Saksan” (Moldova), “Qlentoran” (Şimali İrlandiya), VPS (Finlandiya), “Dinamo” Batumi, “Spartaki” Tsxinvali (hər ikisi Gürcüstan), “Sillamae” (Estoniya), “Lusitanos” (Andorra), SJK, “Lahti” (hər ikisi Finlandiya), “Vikinqur” Reykyavik (İslandiya), “Yelqava” (Latviya), “Olimpik” (Bosniya və Herseqovina), “Runavik” (Farer adaları), “Sent Culiya” (Andorra), “Atlantas” (Litva), “Qlenavon” (Şimali İrlandiya), “Kork Siti”, UCD (hər ikisi İrlandiya), “Kruoya” (Litva), "La Fiorita” (San marino), “Airbus” (Uels), “Partizani” (Albaniya), “Proqres” (Lüksemburq), “Trakai” (Litva), “Spartaks” (Latviya), “Baltsan” (Malta), “Bala Taun” (Uels), “Yuvenes” (San marino), “Nyutaun” (Uels), “Kollec Avropa” (Cəbəllüttariq).
