"Neftçi" klubu ilə aramızda xırda anlaşılmazlıqlar olub. Lakin futbolçuların döyülməsi faktına şəxsən mən rast gəlməmişəm". Bu sözləri Korner.az-a açıqlamasında "İnter" klubunun meneceri Səbuhi Səfiyarlı deyib.
O, "Bakı" Futbol Klubunun ötən gün U-15 liqanın “Neftçi”yə qarşı keçirilən final oyununda yaşananlarla bağlı rəsmi açıqlamasının üçüncü bəndində qeyd edildiyi kimi, "Neftçi" ilə oyunda "İnter"in futbolçularının döyülmə faktlarının olmadığını bildirib:
"Hər iki komanda arasında söz atışması olub. Lakin futbolçularımızın döyülməsi barədə xəbərim yoxdu".
