“Neftçi” – “Uypeşt” matçının keçiriləcəyi stadion açıqlandı
25.06.2018 , 17:41

“Neftçi”nin “Uypeşt”lə (Macarıstan) Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçirəcəyi ilk oyunun məkanı və başlama saatı məlum olub.
İyulun 12-də keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək. Oyun Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçiriləcək.
UEFA hələlik cavab matçının başlama saatını açıqlamayıb.
