“Neftçi” – “Uypeşt” matçının hakim təyinatları açıqlandı
04.07.2018 , 14:53

Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Neftçi” – “Uypeşt” (Macarıstan) oyununun hakimləri açıqlanıb.
Matçı Hollandiyadan olan hakimlər idarə edəcək.
12 iyul
Avropa Liqası, I təsnifat mərhələsi
21:00 “Neftçi” – “Uypeşt”
Baş hakim: Dennis Yohan Hiler
Yan xətt hakimləri: Yost van Zuylen, Yohan Balder
Dördüncü hakim: Siemen Mulder (hamısı Hollandiya)
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)
UEFA nümayəndəsi: Ivan Sitoviç (Rusiya)
