“Neftçi”-“Uypeşt” cavab oyununun hakimləri məlum olub
29.06.2018 , 13:51

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” və “Uypeşt” cavab oyununun hakimləri artıq bəllidir
UEFA-nın qərarına əsasən, matçın baş hakimi Anastasius Papapetru olacaq. Ona Trifon Petropulos, Kamburis Vassilios və Angel Evangelios köməklik edəcəklər.
Qeyd edək ki, “Neftçi” ilə “Uypeşt” arasında ilk oyun iyulun 12-də Bakıda, cavab matçı isə iyulun 19-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
