Ölkə futbolu

“Neftçi” Ukrayna klubuna məğlub oldu

24.01.2020 , 19:58

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün sonuncu yoxlama oyununa çıxıb.

Korner.az xəbər verir ki, “ağ-qaralar” Ukraynanın “Desna” klubu ilə qarşılaşıb. Görüş Füzuli Məmmədovun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

“Neftçi” Antalyadakı yoxlama oyunlarında Polşanın “LKS Lodz” klubuna 0:4, Kiyev “Dinamo”suna isə 1:2 hesabıyla uduzub.

Yoxlama oyunu

18:00 “Neftçi” – “Desna” (Ukrayna) – 1:2

Qol: Stiven Monroz, 66

“Neftçi”: 1. Səlahət Ağayev, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 9. Baqali Dabo, 11. Vangelis Platellas, 15. Saman Nəriman Cahan, 18. Tural Axundov, 36. Mamadu Kane, 77. Donald Gerye

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 30. Aqil Məmmədov, 5. Anton Krivotsyuk, 17. Rəhman Hacıyev, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 27. Nabi Silla, 28. Stiven Monroz, 33. Turan Vəlizadə

 

 

Son yazılar

Yuxarı