Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, təmsilçilərimizdən “Neftçi” də növbəti oyununa çıxacaq.
Paytaxt klubu səfərdə 2 cavabsız qolla məğlub etdiyi Malta "Baltsan"nını qonaq edəcək. Vəli Qasımovun yetirmələrini bu matçda istyənilən minimal hesablı məğlubiyyət də qane edəcək ki, komanda tur adlasın.
7 iyul
Avropa Liqası, I təsnifat mərhələsinin cavab oyunu
20:00. “Neftçi” (Azərbaycan) – “Baltsan” (Malta) 1:2
İlk oyun – 2:0
Baş hakim: Yaroslav Kozik
Baş hakimin köməkçiləri: Yevgeni Xalamendik, Viktor Matyaş
Bakı. 8-ci kilometr qəsəbə stadionu
