Bu gün Topaz Premyer Liqasında II tura yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, son oyun gününün tək qarşılaşması paytaxtda baş tutacaq.
“Neftçi” “Zirə” ilə qarşılaşacaq. 8-ci km qəsəbə stadionunda gedən təmir işləri ilə əlaqədar olaraq Masazırda, “Əlincə Arena”da keçiriləcək qarşılaşmada nominal meydan sahibləri ikinci qələbəsini qazanmaq, qonaqlar isə ötən turdakı “Sumqayıt” məğlubiyyətini sığortalamaq üçün mübarizə aparacaqlar.
Topaz Premyer Liqası
II tur
14 avqust (bazar)
21:00. “Neftçi” – “Zirə” – 0:1
Qol: Məqsəd İsayev 43` (ö.q)
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Rahil Ramazanov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Rövşən Əhmədov
