Bakının "Neftçi" klubu mübarizə apardığı Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə qarşılaşacağı "İnter"lə oyun üçün sabah İtaliyaya yola düşəcək.
Korner.az-ın məlumatına görə, çarter reysi ilə Milana uçacaq "ağ-qaralar" həmin gün axşam “Cuzeppe Meatsa” stadionunda son məşqini keçirdəcək.
Belə ki, yerli vaxtla saat 18:30-da (Bakı vaxtilə 21:00-da) “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin həmin məkanda mətbuat konfransı başlayacaq. Bundan 30 dəqiqə sonra açıq məşq olacaq.
Qeyd edək ki, “İnter” – “Neftçi” oyunu yerli vaxtla saat 21:05-də başlayacaq.
