Avropa Liqasının qrup oyununda Bakıda sabah "Neftçi" ilə qarşılaşacaq İtaliyanın "İnter" klubu zədəli Kivu və Sneyderlə yanaşı komandanın kapitanı Xavier Zanettini də gətirməyəcək.
Korner.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 39 yaşlı futbolçunun Bakıya gətirilməməsinə səbəb baar günü Milan derbisinin olmasıdı.
Sabahkı oyunda "Neradzura"nın "Neftçi"yə qarşı hansı hücumçularla meydana çıxacağı məlumdu. Hücumun sivri ucunda Livaja olacaq. Ona Koutinyo kömək edəcək.
