Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə qarşılaşacaq Albaniyanın "Skenderbu" klubu aparıcı futbolçularından Sebina Plakunu satıb.
Korner.az-ın məlumatına görə, Polşa "Şlensk"inin təklif etdiyi məbləğ qarşısında əsas "qol silahı"nı satan alban klubu maraqlıdır ki, bu mövqeyə futbolçu axtarmır. Daha doğrusu 28 yaşlı forvardın polyaklara satışının ardından sadəcə "Tirana"dan alınan 20 yaşlı gənc futbolçu ilə "Skenderbu" kifayətlənmək niyyətindədi.