Ölkə Kuboku

“Neftçi” üçün qisas anı, “Xəzər Lənkəran” üçün düşərsiz rəqib

15.04.2013 , 06:10

Bu həftə Azərbaycan kubokunda 1/2 final mərhələsinin ilk oyunları keçiriləcək. İki qarşılaşmadan ibarət olan mərhələ oyunlarındakı hər 2 cüt əvvəllər dəfələrlə bu yarışda üz-üzə gəlib. “Neftçi” ilə “Qarabağ” isə ümumiyyətlə ölkə kuboku tarixində ən çox qarşılaşan komandalardır.

Korner.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının rəsmi saytı qarşıdakı 1/2 finalda üz-üzə gələn cütlərin ölkə kuboku tarixindəki əvvəlki qarşılaşmalarının balansını təqdim edir.

 
17 aprel (çərşənbə)
 
Azərbaycan Kuboku, 1/2 final, ilk oyunlar
 
“Neftçi” – “Qarabağ” 
+4=4-7, top fərqi – 11:9
 
9-cu dəfə kubokda yolları kəsişən rəqiblərin duellərində 5 dəfə “Qarabağ”, 3 dəfə “Neftçi” mərhələ adlayıb. Bunların birində bakılılar yarışda mübarizəni davam etdirməkdən imtina etdiyi üçün “Qarabağ” mərhələnin qalibi sayılıb. İndiyədək yalnız bir dəfə onların dueli indiki kimi yarımfinala təsadüf edib. 7 il əvvəl mərhələni 1 qolla keçən ağdamlılar sonda kuboka yiyələnib.
 
1993
1/4 final
Qarabağ (Ağdam) – Neftçi (Bakı)
2:1, 0:0 
 
1993/94
1/4 final
Qarabağ (Ağdam) – Neftçi (Bakı)*
+:-, +:- 
 
1995/96
 
final
 
Neftçi (Bakı) – Qarabağ (Ağdam)**
3:0
 
1996/97
 
1/4 final
 
Neftçi (Bakı) – Qarabağ (Ağdam)
3:2, 0:1    
 
1998/99
 
1/8 final
 
Qarabağ (Ağdam) – Neftçi (Bakı)
0:2, 0:0
 
2005/06
 
1/2 final
 
Neftçi (Bakı) – Qarabağ (Ağdam)
0:0, 0:1
 
2006/07
 
1/8 final
 
Qarabağ (Ağdam) – Neftçi (Bakı)
1:2, 1:0 
 
2008/09
 
1/4 final
 
Qarabağ (Ağdam) – Neftçi (Bakı)
1:0, 0:0
 
 
* – texniki nəticələr top fərqində nəzərə alınmayıb.
 
** – final oyunları neytral meydanda keçirilib.
 
“Bakı” – “Xəzər Lənkəran” 
+4=1-2, top fərqi – 8:7
 
Kubokda 5-ci dəfə bir-birinə rəqib olan komandaların hərəsi 2 dəfə cütün qalibi olub. 2 il əvvəl də yarımfinalda baş tutan qarşılaşmaların qalibi “Xəzər Lənkəran” olmuşdu. Həmin vaxt cənublular mərhələni səfər qolu ilə keçmişdi. 
 
2006/07
 
1/4 final
 
Bakı – Xəzər-Lənkəran
0:2, 1:0 
 
2008/09
 
1/4 final
 
Xəzər-Lənkəran – Bakı
0:1, 2:2
 
2009/10
 
final
 
Xəzər-Lənkəran – Bakı**
1:2
 
2010/11
 
1/2 final
 
Xəzər Lənkəran – Bakı
1:0, 1:2
 
 
** – final oyunları neytral meydanda keçirilib.

Son yazılar

Yuxarı