“Neftçi”nin müdafiəçisi Kiril Petrov Topaz Premyer Liqasının VIII turunda iştirak edə bilməyəcək.
Ukraynalı futbolçu cəzalı duruma düşüb. Sarı vərəqə limitini dolduran müdafiəçi “Səbail”lə matçda komandasına kömək edə bilməyəcək.
“Səbail” – “Neftçi” qarşılaşması 15 oktyabr tarixində baş tutacaq.
