“Neftçi”nin qapıçısı Səlahət Ağayev zədələnib.
Təcrübəli futbolçu “Zirə” ilə oyunöncəsi məşqdə qasıq nahiyəsindən zədə alıb. Hazırda müayinə olunan qolkiperin zədəsinin ciddiliyi yaxın günlərdə dəqiqləşəcək. Futbolçunun bu günkü qarşılaşmanı buraxacağı dəqiqdir.
Qeyd edək ki, digər zədəli futbolçu Elnur Cəfərovun da adı “Zirə” ilə oyunun iştirak ərizəsinə salınmayacaq.
