“Neftçi” üçün antirekord – 600cü dəfə
29.04.2019 , 15:54

Neftçi” Azərbaycan çempionatlarında 600-cü qolunu buraxıb.
PFL-in rəsmi saytına istinadən verilən xəbərə görə, Neftçi” Azərbaycan çempionatlarında 600-cü qolunu buraxıb. “Sumqayıt”a 2:3 hesabı ilə uduzan Bakı klubunun buraxdığı son top xoş olmayan yubiley xarakteri daşıyıb. 1992-ci ildən keçirilən bütün ölkə çempionatlarında iştirak edən bakılılar 775 matçda bu qədər qola üzülüb. Bunlardan 259-u evdə, 327-si səfərdə, 14-ü neytral meydanda qeydə alınıb.
Qeyd edək ki, ölkə çempionatında ən çox qol buraxan komanda “Turan”dır – 690 top.
