“Neftçi” PFK yeni mövsümə hazırlığı Türkiyədə davam etdirəcək.
Korner.az-ın məlumatına görə, 19.07.2015-ci tarixdə Afyonkarahisar şəhərinə yollanacaq “flaqman” “Korel Termal” otelində məskunlaşacaq.
01.08.2015-ci il tarixinə qədər davam edəcək hazırlıq müddətində “Neftçi” PFK-nın 3 yoxlama matçı keçirməsi planlaşdırılır.
24.07.2015
“Neftçi” – “Əl-Faysali” (Səudiyyə Ərəbistanı)
28.07.2015
“Neftçi” – “Antalyaspor” (Türkiyə)
31.07.2015
“Neftçi” – “Panionios” (Yunanıstan)
