Hazırlıq prosesi keçmək üçün Türkiyənin Bolu şəhərinə yollanan “Neftçi” Türkiyədə ilk məşqə çıxıb. Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatın görə, təxminən 1 saat yarım davam etmiş məşq komandanın məskunlaşdığı “Koru” otelinin meydançasında baş tutub.
Yüngül qaçışla başlanan məşqin əsasını fiziki tapşırıqlar təşkil edib. Flaqman ikinci məşqinə Bakı vaxtı ilə saat 20.00-da çıxacaq.
