“Səbail”dən qələbə, “Turan Tovuz” “Neftçi”ni darmadağın etdi
07.05.2023 , 21:00
Azərbaycan Premyer Liqasında XXXIII turun oyunları davam edir.
Korner.az xəbər verir ki, bu gün daha iki oyun keçirilib.
Günün ilk matçı Tovuzda baş tutub. “Neftçi” burada “Turan Tovuz”la qarşılaşıb. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə bitib.
Günün digər oyununda isə “Səbail” səfərdə “Sumqayıt”la üz-üzə gəlib və 3:1 hedablı qələbə qazanıb.
Azərbaycan Premyer Liqası
XXXIII tur
7 may
15:00 “Turan Tovuz” – “Neftçi” – 4:0
Qollar: Runi Eva, 16, 44, 61, Roderik Miller, 21
Tovuz şəhər stadionu
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Teymur Teymurov, Əli Əliyev
19:00 Sumqayıt – Səbail – 1:3
Qollar: Todor Todorski, 36 – Matiya Lyuyiç, 69, 73, Franko Mazurek, 89
Sumqayıt şəhər stadionu
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Səbuhi Bayramov