“Neftçi” toplanışın ikinci mərhələsinə başladı
02.07.2022 , 17:49

“Neftçi” yeni mövsümün hazırlığını davam etdirir.
Korner.az xəbər verir ki, dünən Türkiyəyə yollanaraq Bolu bölgəsində məskunlaşan “ağ-qaralar” bu gün təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.
Səhər məşqində əsasən fiziki və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq axşam məşqi ilə davam edəcək.
“Neftçi” hazırlıq çərçivəsində 3 yoxlama matçında qüvvəsini sınayacaq. Komanda iyulun 6-da “Sakaryaspor”la üz-üzə gələcək.
