"Neftçi" avqustun 1-də İsraildə "Hapoel"ə qarşı keçiriləcək Çempionlar Liqasının oyunları ilə əlaqədar tender elan edir.
Korner.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, hər iki qarşılaşmanın canlı yayımlanmasında maraqlı olan telekanallar "Neftçi" PFK-ya müraciət edə bilərlər.
Qeyd edək ki, buna qədər teleyayım üçün xərcləri əsasən, klublar özləri ödəyirdilər.