2012/13 mövsümünün Çempionlar və Avropa Liqasının qrup mərhələsinin ilk turunun qarşılaşmalarında sonra bir neçə ölkə hesabına növbəti xalları yazaraq reytinq pilləsində irliləyişə səbəb olub.
Korner.az-ın məlumatına görə, UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq siyahısında Azərbaycan da hesabına növbəti 0,250 xalı yazıb. Bu "Neftçi"nin dünən axşam Serbiyada "Partizan"la qolsuz heç-heçəsindən (0:0) sonra olub.
Bununlada ölkəmiz reytinq siyahısında Bosniya və Herseqovinanı arxada qoyaraq 33-cü pilləyə yüksəldi. "Neftçi" qarşıdakı oyunlardan hər hansı birində qələbə qazana bilsə o zaman reytinqdə Finlandiyanında keçib, 32-ci pilləyə yüksələcəyik.
Cari mövsüm toplanan xalların ən böyük hissəsi – 1,125-i “Neftçi”nin, 0,750-si “İnter”ın payına düşür. Digər 0,500 xal “Xəzər Lənkəran”ın, 0,125-i isə “Bakı”nın hesabındadır.
