Təlim-məşq toplanışı keçmək üçün ötən gün Avstriyaya yollanan “Neftçi” klubu artıq hazırlıqlara start verib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, legioner futbolçular – Flavinyo, Bruno Bertuççi, İqor Mitreski, Bahadır Nəsimov və Saşa Stamenkoviç də Avstriyada komandanın düşərgəsinə qoşulub.
“Ağ qaralar” hazırlıq prosesi çərçivəsində yoxlama oyunları da keçirəcək.