Son Azərbaycan çempionu “Neftçi” “Bakı” ilə keçirəcəyi ölkə kubokunun final oyunu öncəsi Əmək və Münasibətlər Akademiyasının qonağı olub.
Korner.az--ın klubun mətbuat xidmətindən aldığı məlumata görə, görüş barədə təklif adıçəkilən akademiyanın tələbələrindən gəlib. Onlar azarkeşlik etdikləri “Neftçi”nin futbolçuları ilə görüşmək istədiklərini bildiriblər və klub rəhbərliyi də bu təklifi müsbət qarşılayıb. Görüş zamanı tələbələr onları maraqlandıran suallarla futbolçulara müraciət ediblər.
