“Neftçi” mükafat məsələsinə aydınlıq gətirdi
20.08.2019 , 19:14

“Neftçi”nin Tula “Arsenal”ı ilə oyundan sonra vəd olunan mükafatın futbolçulara verilməməsi məsələsinə aydınlıq gəlib. Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev korner.az-a açıqlamasında xəbərin yalan olduğunu deyib:
“Bu iddianı qaldıranlar səhv edir. Futbolçuların hər oyundan sonra qeyd olunan mükafat hesablarına yatırılır. Hazırda komandanın mükafatla bağlı heç bir futboluya borcu yoxdu”.
Xatırladaq ki, klub rəhbərliyi Tula “Arsenal”ı ilə oyundan əvvəl mərhələ adlayacaqları təqdirdə komanda üzvlərinə yüksək məbləğdə mükafat söz verib. Ancaq komanda mərhələni keçsə də, vəd yerinə yetirilmədiyi iddia edilirdi.
