“Neftçi” “Sumqayıt”la oyunun hazırlığına start verdi
27.10.2020 , 19:13

“Neftçi” Premyer Liqanın VIII turunda qarşılaşacağı “Sumqayıt”la oyun üçün hazırlığa başlayıb.
Korner.az xəbər verir ki, futbolçular bir günlük fasilədən sonra bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edib.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyunu noyabrın 1-i saat 14:00-da “Kapital Bank Arena”da keçiriləcək.
