“Neftçi” “Sumqayıt”la oyuna hazırlaşır
01.09.2020 , 20:44

“Neftçi” Premyer Liqanın 2-ci turu çərçivəsində qarşılaşacağı “Sumqayıt”la oyuna hazırlığı davam etdirir.
Korner.az xəbər verir ki, komanda bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb.
İlk 15 dəqiqəsi KİV üçün açıq olan hazırlıq prosesində əsas və U-21 milli komandasının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Məşqdən əvvəl isə baş məşqçi Füzuli Məmmədov media nümayəndələrinin suallarını cavablandırıb.
Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” matçı sentyabrın 11-də “Bakcell Arena”da keçiriləcək.
