Bu gün Azərbaycan Premyer Liqasında 8-ci turun oyunlarına start veriləcək.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Oyunlardan biri Sumqayıtda, digəri isə Bakıda keçiriləcək.
Turun qalan oyunları sabah və birigün baş tutacaq.
17 oktyabr (cümə)
16:00. “Sumqayıt” 0–1 “Neftçi”
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Rahil Ramazanov, Feyzulla Feyzullayev
Sumqayıt şəhər stadionu.
QOL: Ernest Nfor, 12
19:30. “Qarabağ” 2–0 “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev
Tofiq Bəhramov adına Respublika stadionu.
QOLLAR: Vüqar Nadirov, 45; Reynaldo, 90 (p).
18 oktyabr (şənbə)
15:00. “Araz Naxçıvan” – AZAL
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Teymur Fərhadov
Naxçıvan Muxtar Respublika stadionu.
18:00. “İnter”- “Simurq”
Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, Coşqun Həsənov, Ziya Nəsirov
Bakı. “İnter Arena”.
19 oktyabr (bazar)
17:00. “Xəzər Lənkəran” – “Bakı”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Rahil Əhmədov
Lənkəran şəhəri. “Xəzər Lənkəran” mərkəzi stadionu.
