“Qəbələ”dən qələbə, “Neftçi” xal itirdi
05.12.2021 , 20:15

Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun gününda 2 matç keçirilib.
Əvvəlcə “Neftçi” öz meydanında “Sumqayıt”la qarşılaşıb. Oyun 0:0 hesablı heç-heçə ilə bitib. Günün digər matçında isə “Qəbələ” “Zirə”nin qonağı olub. Meydan sahibləri bu görüşdə 1:2 hesabı ilə uduzub.
5 dekabr (bazar)
16:00. “Neftçi” – “Sumqayıt” – 0:0
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Eyyub İbrahimov, Tural Qurbanov
“Bakcell Arena”
18:15. “Zirə” – “Qəbələ” – 1:2
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamal Umudlu
Zirə İdman Kompleksinin stadionu.
