“Neftçi” “Sumqayıt”la heç-heçəyə razılaşdı
28.04.2025 , 21:58

Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə 1 matç keçirilib.
“Sumqayıt” “Neftçi”ni qəbul edib. Görüşdə qalib müəyyənləşməyib – 2:2.
28 aprel
20:00. “Sumqayıt” – “Neftçi” – 2:2
Qollar: Bobir Abdixolikov, 20, 52, Bassala Sambu, 60, Andrey Ştoqrin, 87
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
