“Neftçi” “Sumqayıt”a qalib gəldi
21.02.2025 , 20:58

Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.
Bu turda “Neftçi” öz meydanında “Sumqayıt”ı qəbul edib. Görüş 1:0 hesablı meydan sahiblərinin qələbəsi ilə bitib.
Qeyd edək ki, turun digər oyunları 22 və 23 fevral tarixlərində baş tutacaq.
21 fevral
19:00.“Neftçi” – “Sumqayıt” – 1:0
Qol: Filip Ozobiç, 90+3 – pen
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Elşad Abdullayev
“Neftçi Arena”
