“Neftçi” uduzdu, “Qarabağ”dan qələbə
16.12.2019 , 22:00

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki oyun keçirilib
Korner.az-ın məlumatına görə, “Neftçi” evdə “Sumqayıt”la qarşılaşıb. Meydan sahibləri bu görüşdə məğlub olub – 0:1.
Günün son oyununda isə “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Keşlə”ni qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
Azərbaycan kuboku, ilk oyunlar
16 dekabr (bazar ertəsi)
18:00. “Neftçi” – “Sumqayıt” – 0:1
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Bakcell Arena”
20:00. “Qarabağ” – “Keşlə” – 1:0
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu.
