“Neftçi” uduzdu, “Qarabağ” yenidən zirvədə
04.04.2021 , 20:45

Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.
Korner.az xəbər verir ki, ikinci oyun günündə 3 matç keçirilib.
Əvvəlcə lider “Neftçi” evdə “Sumqayıt”ı qəbul edib və 0:3 hesabı ilə uduzub. Digər görüşdə “Qəbələ” “Sabah”ın qonağı olub. Görüş Masazır təmsilçisinin 1:0 hesablı qələbə ilə bitib. Günün son qarşılaşmasında isə “Qarabağ” “Keşlə” ilə səfərdə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə bitib.
4 aprel (bazar)
16:30. “Neftçi” – “Sumqayıt” – 0:2
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Tural Qurbanov
“Bakcell Arena”
17:30. “Sabah” –“ Qəbələ” – 1:0
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
“Bank Respublika Arena”
18:30. “Keşlə” – “Qarabağ” – 1:1
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov
“ASK Arena”
3 aprel (şənbə)
“Səbail” – “Zirə” – 0:0
