Paytaxt klubu minimal hesabla uduzdu
Əvəzedicilərin çempionatında növbəti turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, "Sumqayıt"ın əvəzediciləri Zirə İdman Kompleksinin stadionunda "Neftçi" ilə üz-üzə gəlib.
Qarşılıqlı hücumlar şəraitində keçən görüş Vaqif Paşayevin yetirmələrinin qələbəsi ilə yekunlaşıb. "Sumqayıt"ın yeganə qolunu görüşün 46-cı dəqiqəsində Arif Vəliyev vurub.
