1 manatdan, 10 manatadək
“Neftçi” PFK Topaz Premyer Liqasının XIII turu çərçivəsində “Sumqayıt” klubunu qəbul edəcək.
Korner.az-ın məlumatına görə, “8-ci km stadionu”nda keçiriləcək qarşılaşmanın biletləri bugündən etibarən satışa çıxarılıb.
Azarkeşlər biletləri “Park Bulvar” ticarət mərkəzindən, T.Bəhramov adına respublika stadionunun və “8-ci km stadionu”nun kassalarından ala biləcəklər. Adi biletlərin qiyməti 1, VİP biletlərin qiyməti isə 10 manatdır.
Qeyd edək ki, “Neftçi”-”Sumqayıt” matçı 17 noyabr saat 15:00-da başlayacaq.
