“Neftçi” – “Sumqayıt” matçının biletləri satışda
15.12.2019 , 18:05

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində sabah keçiriləcək “Neftçi” – “Sumqayıt” oyununun biletləri satışa çıxarılıb.
Korner.az xəbər verir ki, qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir.
Biletləri oyunun keçiriləcəyi “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündü.
Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” matçına sabah saat 18:00-da start veriləcək.
