“Neftçi” “Sumqayıt” ilə görüşə hazırlaşır
05.03.2019 , 22:43

“Neftçi” Topaz Premyer Liqasının 20-ci turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığına start verib.
“Sabah” ilə qarşılaşmadan (3:0) sonra birgünlük fasiləyə buraxılan komandamız bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Zədəli Rəhman Hacıyevdən başqa bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Xatırladaq ki, martın 10-da “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu saat 16:30-da başlanacaq.
