Warning: file_get_contents(http://api.football-data.org/v2/matches?dateFrom=2019-09-18&&dateTo=2019-09-19): failed to open stream: HTTP request failed! HTTP/1.1 429 in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 382

Warning: Invalid argument supplied for foreach() in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 384
Futbol

“Neftçi” – “Sperantsa” matçını yayımlayacaq kanal dəyişdirildi

18.07.2019 , 15:19

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək “Neftçi” – “Sperantsa” oyununun yayımında dəyişiklik edilib. Korner.az “Neftçi”nin feysbuk səhifəsinə istinadən xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi “CBC Sport” deyil, “CBC İnternational” kanalı vasitəsilə canlı yayımlanacaq.

Çünki “CBC Sport” kanalı “Universitatya Krayova” (Rumıniya) – “Səbail” matçını canlı yayımlayacaq. Qarşılaşma 20:00-da başlayacaq. Komandalar arasındakı ilk oyun “Səbail”in 2:3 hesablı məğlubiyyəti ilə bitib.

“Neftçi” – “Sperantsa” matçı saat 21:00-da start götürəcək. “Ağ-qaralar” ilk oyunda 3:0 hesablı qələbə qazanıb.

Son yazılar

Yuxarı