“Neftçi” – “Spartak” matçı ləğv olundu
23.03.2024 , 16:40

Bu gün keçirilməli olan “Neftçi” – “Spartak” (Moskva) yoldaşlıq oyunu Rusiya klubunun xahişi ilə ləğv olunub.
Korner.az xəbər verir ki, buna səbəb Moskvada dünən baş vermiş terror aktı və akt nəticəsində çox sayda insanın həlak olmasıdır.
“Neftçi” PFK olaraq baş vermiş hadisəyə görə kədərləndiyini bildirib, başsağlığı verib.
Oyun üçün alınmış biletlərin qaytarılağı vurğulanıb.
