Bu gün Premyer Liqanın 4-cü turundan təxirə salınan bir oyun keçirilir.
Korner.az-ın məlumatına görə, hal-hazırda davam edən AZAL – "Neftçi" matçının birinci hissəsi bitməmiş "ağ-qaralar"ın iki futbolçusu zədələnərək sıradan çıxıb.
Belə ki, matçın 29-cu dəqiqəsində müdafəçi Tərlan Quliyev zədələnərək yerini Elvin Yunuszadəyə verib.
İlk hissənin sonuna 5 dəqiqə qalmış isə paytaxt klubunun aparıcı futbolçularından biri Bertuççi ikili mübarizədə yerdə qalıb və bununlada Böyükağa Hacıyev ilk hissədə iki məcburi əvəzetməyə əl atıb.