“Neftçi”nin U-13 komandası Rusiyanın Soçi şəhərində keçirilən “Dəri top” turnirində ilk oyununu keçirib.
Korner.az-ın məlumatına görə, təmsilçimiz Kalininqradın U-13 komandasını sınağa çəkib.
Oyun “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollara Ramin Nəsirli və Zeynəddin Abdulrəhmanov imza atıb.
A qrupunda mübarizə aparan “Neftçi” növbəti oyununu oktyabrın 15-də Qazaxıstanın “Kostanay” klubuna qarşı keçirəcək.
