“Neftçi” Sloveniya klubu ilə üz-üzə
21.06.2021 , 16:18

Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyununa çıxacaq.
Korner.az xəbər verir ki, Samir Abasovun komanası Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşacaq.
Lyublyana təmsilçisi ilə “Kodeljevo Sport Ljubljana” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qarşılaşma “Neftçi” TV vasitəsilə canlı yayımlanacaq.
“Neftçi” toplanış müddətində daha iki yoxlama oyunu keçirəcək. “Ağ-qaralar” iyunun 25-də Macarıstanın “Fehervar” komandası ilə üz-üzə gələcək. Sonuncu sınaq matçı isə ayın 29-da Moskva “Spartak”ına qarşı olacaq.
Yoxlama oyunu
21 iyun
20:00. “Olimpiya” (Sloveniya) – “Neftçi” (Azərbaycan)
