Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Şkendiya” oyununun biletləri satışa çıxarılıb.
Korner.az-ın məlumatına görə, qiyməti 1 və 3 AZN, VİP yerlər üçün 10 AZN olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, iyulun 14-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkendiya” oyunu saat 20:00-da başlanacaq.
