Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olacaq “Skenderbu” ötən gün Avstriyada növbəti yoxlama oyununu keçirib.
Korner.az-ın məlumatına görə, Albaniya təmsilçisi Rusiyanın “Volqa” klubu ilə qarşılaşıb və 2:0 hesabı ilə məğlub olub. Oyunu “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov və komandanın məşqçisi Kamal Quliyev canlı izləyib və müvafiq qeydlər aparıblar. “Neftçi”nin özü də “Volqa” ilə yoxlama görüşü keçirəcək. Qarşılaşma iyunun 28-də oynanılacaq.