Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Skenderbeu” qarşılaşmasının biletləri satışa çıxarılıb.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər biletləri “Bakcell Arena”nın kassalarından ala bilər. Biletlərin qiyməti sektorlardan asılı olaraq 2 – 20 manat arasında dəyişir.
Qeyd edək ki, yaxın günlərdə “28 Mall” və “Metro Park” ticarət mərkəzlərində də bilet satışı məntəqələri təşkil olunacaq.
