“Simurq” iki futbolçusu ilə yollarını ayırmaq məcburiyyətində qalıb.
Korner.az-ın məlumatına görə, Zaqatala təmsilçisinin heyətində icarə əsasında oynayan iki futbolçu əvvəlki komandalarına qayıdıb. Bunlar Murad Səttarlı ilə Nicat Qurbanovdu. Səttarlı müqavilə ilə məxsus olduğu “Qarabağ”a, Qurbanov isə “Neftçi”yə qayıdıb.
Nicat Qurbanov Korner.az-a verdiyi açıqlamada xəbəri təsdiqləyib:
“Bəli, məni “Neftçi” geri çağırdı və “Simurq”dan ayrıldım. Tahir Süleymanov mənə zəng edib dedi ki, bizimlə təlim-məşq toplantısına gedirsən, vəssalam. Düzdü “Simurq” məni saxlamağa çalışdı. Ancaq görünür klublar razılığa gələ bilməyiblər”.