Azərbaycan kubokunun 1/4 final mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Simurq” iki futbolçusunun xidmətlərindən istifadə edə bilməyəcək.
Korner.az-ın "Simurq"un saytına istinadən yaydığı xəbərə görə, hazırda komandada zədəli futbolçu olmasa da, icarə əsasında "Neftçi"dən transfer olunan Nicat Qurbanov və Eyyub Əliyev müqavilə şərtlərinə əsasən, paytaxt təmsilçisinə qarşı forma geyinə bilməyəcək.
Buna səbəb “Neftçi” tərəfdən bununla bağlı klublar arasında müqavilə bağlanarkən qadağa qoymasıdı.