“Neftçi” Sankt-Peterburqda
29.06.2023 , 14:22

“Neftçi” PARI Premyer Kuboku yoldaşlıq turniri üçün Rusiyaya yollanıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi artıq Sankt-Peterburqa çatıb. Komandanın Rusiyaya gedən heyətinə yeni transfer Emil Balayev də daxil edilib.
“Neftçi” turnir çərçivəsində 3 oyun keçirəcək. Komanda iyulun 1-də yerli “Zenit”, 8-də Serbiyanın “Srvena Zvezda”, 15-də isə Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşacaq.
