“Neftçi” “Sabah”la oyunun hazırlığına başladı
06.10.2020 , 23:08

“Neftçi” Premyer Liqanın 6-cı turunda qarşılaşacağı “Sabah”la oyunun hazırlığına start verib.
Korner.az xəbər verir ki, komandanın üzvləri iki günlük fasilədən sonra bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.
Məşqdə əsas və U-21 milli komandasının düşərgəsində olan futbolçular iştirak etməyiblər.
Qeyd edək ki, “Neftçi” – “Sabah” matçı oktyabrın 18-də keçiriləcək.
