“Neftçi” “Sabah”la oyun üçün hazırlıqları davam etdirir
17.12.2020 , 18:38

“Neftçi” Premyer Liqanın XII turunda qarşılaşacaq “Sabah”la görüş üçün məşqləri davam etdirir.
Korner.az xəbər verir ki, “ağ-qaralar”ın koronavirusdan sağalan baş məşqçisi Samir Abasov komanda ilə məşqlərə qoşulub.
42 yaşlı mütəxəssislə yanaşı kapitan Emin Mahmudov, eləcə də Anton Krivotsyuk və Fəhmin Muradbəyli məşqlərə başlayıb.
“Sabah” – “Neftçi” görüşü dekabrın 20-də “Bank Respublika Arena”da keçiriləcək.
