“Neftçi” “Sabah”la matça itkilərlə çıxacaq
18.01.2025 , 21:20

“Neftçi” Azərbaycan Premyer Liqasının 19-cu turunda qarşılaşacağı “Sabah” klubu ilə matçın hazırlığını başa vurub.
Korner.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
“Neftçi” Futbol Mərkəzində keçirilən oyunöncəsi son məşqdə “ağ-qaralar”ın futbolçuları Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo zədə səbəbindən iştirak etməyiblər. Onlar sözügedən görüşü buraxacaqlar.
“Neftçi” – “Sabah” matçı sabah saat 18:30-da “Neftçi Arena”da başlayacaq.
